Bakıda “Tofaş” yanıb

bakida-tofas-yanib
Oxunma sayı: 699

Bakıda minik avtomobilinin yanması hadisəsi qeydə alınıb.

QafqazinfoFövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, paytaxtın Xətai rayonunda sahibi məlum olmayan “Tofaş” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Yaxınlıqdakı ağaclar yanğından mühafizə olunub. Yanğın saat 01:27-də yanğınsöndürənlər tərəfindən söndürülüb.