Bakıda toqquşan avtobuslar həbsdə olan iş adamına məxsusdur - Fotolar

bakida-toqqusan-avtobuslar-hebsde-olan-is-adamina-mexsusdur
Oxunma sayı: 4225

Bakıda iki marşrut avtobusu toqquşub.
 
“Qafqazinfo” xəbər verir ki, Bakı Nəqliyyat Agentliyindən APA-ya verilən məlumata görə, hadisə paytaxtın Sabunçu rayonunun Bakıxanov qəsəbəsində qeydə alınıb.

57 saylı marşrut xətti üzrə hərəkət edən, 90 RX 457 dövlət qeydiyyat nişanlı avtobusun sürücüsü Elnur İmanov yolun hərəkət hissəsinə çıxan piyadanı vurmamaq üçün qəfil əyləcə basıb. Nəticədə arxada hərəkətdə olan, Hafiz Məmmədovun idarə etdiyi 49 nömrəli, 99  XJ 572 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu 57 nömrəli avtobusa çırpılıb.
 
BNA-nın araşdırmaları nəticəsində məlum olub ki, qəza zamanı 3 nəfər sərnişin yüngül xəsarət alıb.
 
Bakı şəhər Təcilli Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev bildirib ki, qəza nəticəsində xəsarət alan 3 nəfərə hadisə yerində tibbi yardım göstərildikdən sonra buraxılıblar.

***

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hər iki marşrut xətti “Safastore” hadisəsində adı hallanan və hazırda həbsxanada olan iş adamı Azadxan Xanməmmmədova məxsusdur.