Bakıda torpağın qiyməti bahalaşıb

bakida-torpagin-qiymeti-bahalasib
Oxunma sayı: 739

Ötən ay Bakıda torpaq bazarında 0,6 faiz qiymət artımı qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, bunu Trend-ə “MBA Group” konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.

Onun sözlərinə görə, Bakıda torpaq bazarında bu il ərzində qiymət artımı 11,5 faiz təşkil edib:

“Ancaq yayda qiymətlər stabilləşir, çünki insanlar istirahətə gedir, bazarda aktivlik aşağı düşür. Sentyabrdan isə yenidən aktivlik artığına görə qiymətlər də bahalaşmağa başlayır”.