Bakıda toya görə daha bir restoran icarədarı cərimələndi

bakida-toya-gore-daha-bir-restoran-icaredari-cerimelendi
Oxunma sayı: 3743

Paytaxtın Səbail rayonunda xüsusi karantin rejim qaydalarına əməl etməyən “Port Wine Grill ” restoranın icarədarı barəsində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb. 

"Qafqazinfo" xəbər verir ki, Səbail RPİ əməkdaşları tərəfindən keçirilən tədbirlərlə sanitariya-gigiyena və karantin rejim qaydalarını pozan restoranın icarədarına İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsilə (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) 4000 manat miqdarında inzibati tənbeh tədbiri tətbiq olunub.

Məlumatı DİN Mətbuat Xidmətindən təsdiqləyiblər.

Qeyd edək ki, sözügedən restoranda toy məclisinin keçirilməsi ilə bağlı görüntülər yayılmışdı.