Bakıda toyda dava düşdü

bakida-toyda-dava-dusdu
Oxunma sayı: 4330

Bakıda şadlıq evlərindən birində keçirilən toy mərasimində dava-dalaş olub.

“Qafqazinfo”nun lent.az-a istinadən məlumatına görə, N.Tusi küçəsində yerləşən “Movida Plaza” şadlıq sarayında baş tutan məclis zamanı 1954-cü il təvəllüdlü Məmmədov Cavanşir İrşad oğlu xuliqanlıq zəminində döyülüb. Hadisəni törətmiş 1979-cu il təvəllüdlü Həsənov Cabir Həsən oğlu polis tərəfindən saxlanılıb. C.Həsənov izahatı alındıqdan sonra sərbəst buraxılıb.

Faktla bağlı 35-ci Polis Bölməsində araşdırma aparılır.