Bakıda tozun miqdarı normadan 2 dəfə yuxarıdır - Yenilənib

bakida-tozun-miqdari-normadan-2-defe-yuxaridir
Oxunma sayı: 2452

Atmosfer havasında müşahidə olunan tozun miqdarında azalma qeydə alınıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentindən “Qafqazinfo”ya daxil olan xəbərə görə, havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə gecə saatlarında  Bakı və Abşeron yarımadasında tozun miqdarında nisbətən azalma müşahidə olunsa da yenə də sanitar normadan 2 dəfə yuxarı olduğu qeydə alınıb.

Qeyd edək  ki, 30 avqust 2018-ci il tarixində saat 10:00-da bu göstərici 3, 13:00-da 5,4, 16:00-da 5,6, 19:00-da 6 dəfə sanitar normadan yuxarı olub.

Xatırladaq ki, buna səbəb ölkə ərazisinə şərq, cənub-şərq hava axınları vasitəsilə Türkmənistandan toz-dumanının daxil olmasıdır. 

***

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə, Bakıda və Abşeron yarımadasında tozun miqdarının saat 18:00-da sanitar normadan 1,8-2,0 dəfə yuxarı olduğu qeydə alınıb.