Bakının Binəqədi rayonunda transformatorun sarğıları və yağı yanıb.
“Qafqazinfo”nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbərinə görə, yanğının kəşfiyyatı zamanı transformatorun içərisində 1958-ci il təvəllüdlü İsgəndər Xurşud oğlu Şükürovun yanmış cəsədi aşkar edilib.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 19:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Son xəbərlər
Son Xəbərlər