Bakıda tüstüdən zəhərlənən kişi öldü

bakida-tustuden-zeherlenen-kisi-oldu
Oxunma sayı: 1144

Fevralın 29-da saat 15 radələrində Bakının Sabunçu rayonu Sabunçu qəsəbəsi Əmir Bağırov küçəsində yerləşən evdə yanğın olub.

“Qafqazinfo” xəbər verir ki, hadisə zamanı həmin evdə yaşayan Əsgərov Eyvaz Həsən oğlu tüstüdən boğularaq ölüb.

Faktla bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) Əməliyyat İstintaq İdarəsində Cinayət Məcəlləsinin 225.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.