Bakıda üç maşın qəzaya düşdü

bakida-uc-masin-qezaya-dusdu
Oxunma sayı: 932

Dünən axşam saatlarında Bakıda dəhşətli yol qəzası baş verib.

Daxili İşlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, qəza fevralın 14-də saat 23 radələrində Sabunçu qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakinləri Seyfəl Əliyevin idarə etdiyi “KİA”, Ruslan Məmmədovun idarə etdiyi “Nissan” və Mirməmməd Bağırovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

Nəticədə S.Əliyev və sərnişini, anası Zemfira xəstəxanaya yerləşdirilib, Z.Ağayeva orada ölüb, S.Əliyevə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. Sabunçu RPİ tərəfindən araşdırma aparılır.

Murad Əhməd