“Qafqazinfo”nun “İdmanxeber.com”a istinadən məlumatına görə, bu sözləri “Partizan” klubunun baş məşqçisi Marko Nikoliç Serbiya mətbuatına açıqlamasında deyib. Avropa Liqasının pley-off mərhələsinin “Neftçi” ilə cavab görüşündən öncə iddialı danışan təcrübəli mütəxəssis daha sonra sözlərinə belə davam edib: “Neftçi”yə qol vurmaq şansı verməməliyik. Müdafiə və ya hücum futbolu oynacağımızla bağlı danışmaq mənasızdır. Taktiki cəhətdən intizamlı oynamağa çalışacağıq. Biz artıq Belqradda “Neftçi”ilə oynamışıq və onları yaxşı tanıyırıq. Belqradda “Neftçi” və “Ludoqorets”lə görüşlərdə olduğu kimi Bakıda da iki qol buraxacağımızı düşünmürəm. Oyunun əvvəllərində bizdə həyəcan var idi və artıq bunlar həllini tapmalıdır. Futbol 90 dəqiqə oynanılır və hər şeyə final fitindən sonra aydınlıq gəlir. Biz 90 dəqiqə ərzində diqqətli oynamalıyıq".
Son xəbərlər
Son Xəbərlər