Bakıda Ukrayna Mərkəzi fəaliyyətə başladı - Foto

bakida-ukrayna-merkezi-fealiyyete-basladi
Oxunma sayı: 2466

Ukrayna ilə Azərbaycan arasında əlaqələrin möhkəmləndirilməsi istiqamətidə yeni qurum - Ukrayna Mərkəzi yaradılıb.

“Qafqazinfo” xəbər verir ki, yeni Ukrayna Mərkəzi, turizm və turizm-kurort sahələrində əməkdaşlığın inkişafı da daxil olmaqla bir neçə vəzifəni bir anda həyata keçirəcək innovativ bir layihədir.

Bundan əlavə, Mərkəzin bazasında Ukraynanın birinci xanımı Yelena Zelenskayanın himayəsi altında, Azərbaycanı ziyarət edən ukraynalı turistlər üçün audio bələdçilər sistemi tətbiq olunacaq. Mərkəzin ayrı bir istiqaməti Ukrayna və Azərbaycan ali təhsil müəssisələri arasında əlaqələrin genişləndirilməsi, habelə tələbə mübadiləsi və tədqiqatlara yönəlib. Xüsusən informasiya texnologiyaları sahəsində proqramların həyata keçirilməsi olacaq. Mərkəzdə Ukrayna dilinin öyrənilməsi üzrə dərslər də keçiriləcək. Ukrayna Mərkəzi eyni zamanda müxtəlif sərgilərin və tematik görüşlərin keçiriləcəyi bir növ sənət platformasına çevriləcək.