Komitədən “Qafqazinfo”ya daxil olan məlumata görə, Polşanın eks-prezidenti Aleksandr Kvasnievskinin moderatorluğu ilə keçirilən panel iclasda Ukranaının keçmiş dövlət başçıları Leonid Kravçuk, Leonid Kuçma, Viktor Yuşenko çıxış edib.
Aleksandr Kvasnievski hazırda dünyanı narahat edən problemlərin, o cümlədən Ukraynanın gələcəyi ilə məsələ barədə müzakirələrin aparılması baxımından bu Forumun yaxşı imkan yaratdığını qeyd edib.
Ukraynanın sabiq prezidentləri Leonid Kravçuk, Leonid Kuçma və Viktor Yuşşenkoinkişafa, xalqların rifahına mane olan bütün münaqişələrin həll edilməsinin, beynəlxalq ictimaiyyət tərəfindən bu istiqamətdə qəti addımların atılmasının vacibliyini qeyd ediblər. Diqqətə çatdırılıb ki, beynəlxalq təşkilatlara münaqişələrin həll edilməsi ilə bağlı inam getdikcə azalır. Çünki onların həlli üçün qəbul edilmiş sənədlərə məhəl qoyulmur. Bu, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələdə də özünü göstərir.
Panel iclası mövzu ətrafında müzakirələrlə davam edib.
Son xəbərlər
Son Xəbərlər