Bakıda unikal piyada körpüsü inşa edilir - Video

bakida-unikal-piyada-korpusu-insa-edilir
Oxunma sayı: 7180

8 Noyabr prospekti üzərindən Bakı “Ağ Şəhər”layihəsinin Fəvvarələr meydanı parkını və Dənizkənarı Milli Parkı birləşdirən yerüstü piyada körpüsü inşa edilir. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb. 

Bildirilib ki, piyada körpüsünün uzunluğu 230 metr olmaqla bir aşırımlı layihələndirilib.

Qeyd edilib ki, verilən unikal dizayn özündə piyada təhlükəsizliyi, cazibədar işıqlandırma, rahat hərəkət üçün geniş məkan və cəlb edən atmosferi birləşdirir.