Bakıda uşaq 8-ci mərtəbədən yıxılıb öldü

bakida-usaq-8-ci-mertebeden-yixilib-oldu
Oxunma sayı: 1746

Bakıda 8 yaşlı uşaq 8-ci mərtəbədən yıxılaraq ölüb.

Qafqazinfo”nun Report-a istinadən məlumatına görə, hadisə Xətai rayonu, Məhəmməd Hadi küçəsi 101-də baş verib.

Həmin binadakı mənzillərdən birində yaşayan 2009-cu il təvəllüdlü Emin Ovçinnikov pəncərədə olan plastik torla oynayarkən tor onun ağırlığına dözməyib. Uşaq torla birlikdə 8-ci mərtəbədən aşağı düşüb. Baş nahiyəsindən xəsarət alan məktəbli dərhal keçinib.

Hadisə yerinə Xətai Rayon Prokurorluğunun əməkdaşları gəlib.