Bakıda uşaq dünyaya gətirən ana nadir xəstəlikdən ölüb

bakida-usaq-dunyaya-getiren-ana-nadir-xestelikden-olub
Oxunma sayı: 3686

Bakıda uşaq dünyaya gətirən qadın nadir xəstəlikdən ölüb.

"Qafqazinfo" Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Xətai rayonu ərazisindəki klinikada baş verib.

Paytaxtın Nizami rayonunda yaşayan, 1977-ci il təvəllüdlü Əliyeva Rumiyyə Sədi qızı "Hellp sindromu" diaqnozu ilə Baku Medical Plaza-ya gətirilib və orada ölüb.

Araşdırmalar zamanı məlum olub ki, R. Əliyeva 36-38 həftəlik hamilə olarkən yıxılaraq qolundan xəsarət alıb, hadisədən 2-3 həftə sonra halı pisləşdiyindən aprelin 15-də Baku Medical Plaza-ya yerləşdirilib və qeysəriyyə əməliyyatı olunaraq oğlan uşağı dünyaya gətirib. R.Əliyeva Baku Medical Plazada aprelin 26-da dünyasını dəyişib.

Faktla bağlı Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.