Bakıda uşaq evindən 18 yaşlı qız yoxa çıxıb

bakida-usaq-evinden-18-yasli-qiz-yoxa-cixib
Oxunma sayı: 3217

Bakıda uşaq evinin himayəsində yaşayan gənc qız itkin düşüb.

“Qafqazinfo” xəbər verir ki, hadisə iyunun 22-də Xətai rayonu ərazisində qeydə alınıb.

Belə ki, 2005-ci il təvəllüdlü Səadət Mehdiyeva həmin gün saat 16 radələrində yaşadığı uşaq evindən yoldaşları ilə görüşmək adı ilə çıxıb və geri qayıtmayıb.

Hadisə ilə bağlı Xətai RPİ-nin 34-cü Polis Bölməsində araşdırma aparılır.