Bakıda uşaq ölü doğuldu

bakida-usaq-olu-doguldu
Oxunma sayı: 2040

Bakıda xəstəxanaların birində uşaq ölü doğulub.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, doğuş mayın 3-ü saat 18 radələrində Dövlət Dəmiryol Xəstəxanasında baş verib. 

1997-ci il təvəllüdlü Əliyeva Kəmalə Əli qızı hamiləliyinin 35-36-cı həftəsində qeydiyyatda olduğu həmin xəstəxananın doğum şöbəsinə yerləşdirilib. Təcili qeysəriyyə əməliyyatı edilərək ölü döl götürülüb. 

Faktla bağlı Nəsimi rayon prokurorluğunda araşdırma aparılır.