Bakıda uşaq qidasından qurd çıxdı, şirkətdən açıqlama - Video + Yenilənib

bakida-usaq-qidasindan-qurd-cixdi-sirketden-aciqlama
Oxunma sayı: 4253

Bakıda uşaq qidasının içindən qurd çıxıb. Bu barədə “Qafqazinfo”ya məlumatı şikayətçi Asəf Abbasov verib.

O bildirib ki, 9 oktyabr tarixində Biləcəridə yerləşən “Şəfa” aptekindən uşaq yeməyi olan “Nutrilak” alıb. Bir neçə dəfə uşağa həmin qidadan verildikdən sonra, qutunun içərisində qurd olduğu müəyyən olunub. Ata hətta, bu səbəbdən övladının dərisinin səpdiyini də iddia edib:

“Məhsulun istifadə müddəti də bitməyib. Aptekə müraciət etmişəm, dedilər ki, onlarlıq deyil. Mən də Səhiyyə Nazirliyinə müraciət edirəm ki, apteklərdə satılan bu kimi məhsulların mənşəyini araşdırsın”.

“Nutrilak” şirkətinin Azərbaycan üzrə direktoru Vüqar Hüseynov şikayətlə bağlı “Qafqazinfo”ya bildirib ki, ölkəyə daxil olan bütün məhsullar əvvəlcə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yoxlanılır və daha sonra satışa buraxılır:
“İddia tam əsassızdır, gözlə də baxanda bilinir ki, o qida qurdudur, yoxsa alma qurdu. Hazırda şirkət olaraq aidiyyatı orqanlara məhsulların bir də yoxlanılmasını təklif etmişik. Qoy hər şey şəffaf şəkildə öz əksini tapsın. Sənədlərimiz tam qaydasındadır”.