Bakıda üstünə qaynar samovar aşan kişi öldü

bakida-ustune-qaynar-samovar-asan-kisi-oldu
Oxunma sayı: 708

Bir neçə gün əvvəl Bakı şəhərinin Biləcəri qəsəbəsində bədbəxt hadisə nəticəsində üstünə samovar aşan şəxs dünyasını dəyişib.

“Qafqazinfo” Lent.az-a istinadən  xəbər verir ki, ağır vəziyyətdə “City Hospital” xəstəxanasına yerləşdirilən 48 yaşlı İlqar Ərəblinskinin həyatını xilas etmək mümkün olmayıb. Həkimlərin səyinə baxmayaraq bədəninin müxtəlif nahiyələri tamamilə yanmış şəxs vəfat edib.

Faktla bağlı araşdırma aparılır.