Bakıda üzərində xəsarətlər olan meyit tapıldı

bakida-uzerinde-xesaretler-olan-meyit-tapildi
Oxunma sayı: 1844

Bakı küçələrindən birində kişi meyiti tapılıb.

Qafqazinfo” xəbər verir ki, Nəsimi rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, rayon sakini, 1963-cü il təvəllüdlü Yalçın Fikrət oğlu Qocayevin üzərində xəsarətləri olan meyiti aşkar edilib. Onun ölməzdən əvvəl sərxoş olduğu və aldığı kəllə-beyin travmasından dünyasını dəyişdiyi ehtimal edilir.

Baş vermiş hadisə ilə bağlı müvafiq ekspertizalar təyin edilib.

Hazırda ölümün səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq araşdırmalar davam etdirilir.