Bakıda üzərinə qapı düşən körpə öldü

bakida-uzerine-qapi-dusen-korpe-oldu
Oxunma sayı: 4633

Bakıda iki yaşlı körpə faciəvi şəkildə ölüb.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, hadisə Qaradağ rayonunun Qobustan qəsəbəsində qeydə alınıb.

Belə ki, 2019-cu il təvəllüdlü Rinat İskəndərlinin üzərinə evin giriş qapısı düşüb və o, yerindəcə ölüb.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda araşdırma aparılır.