Bakıda və Abşeronda hava tozludur - Yenilənib

bakida-ve-abseronda-hava-tozludur
Oxunma sayı: 1703

Bu gün Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.

Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva “Qafqazinfo”ya bildirib ki, havada tozun miqdarı 1.7- 2 dəfə normadan artıqdır.

"Tozlu hava şəraiti meteoroloji vəziyyətdən asılı olaraq transsərhəd xarakter daşıyır və gün ərzində davam edəcəyi gözlənilir”, - deyə R.Allahverdiyeva bildirib.

***

Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupununun saat 13:00-a olan məlumatına əsasən, Bakı və Abşeron yarımadasında tozun konsentrasiyasında səhər saatlarına nisbətdə azalma müşahidə olunur. Hazırda havada tozun miqdarı normadan 1.5-1.8 dəfə artıqdır.

Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupununun baş mühəndisi Rəna Allahverdiyeva bildirib ki, tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq   gün ərzində davam edəcəyi gözlənilir.

Mütəxəssis müşahidə olunan tozlu hava şəraitinin səbəbləri və təsiri barədə də məlumat verib.

“Peyk görüntülərinə və proqnoz modellərinə əsasən tozlu hava şəraitinə səbəb cənub-şərq istiqamətli hava axınları vasitəsilə gecə saatlarından başlayaraq toz hissəciklərinin Türkmənistan ərazisindən Bakı və Abşeron yarımadasına daxil olmasıdır”.

R.Allahverdiyeva qeyd edib ki, tozlu hava şəraiti tənəffüs yolları xəstəliklərindən əziyyət çəkən  insanlara mənfi təsir göstərə və yollarda görünüş məsafəsinin məhdudlaşmasına səbəb ola bilər.

“Bunları nəzərə alaraq əhalinin tozlu hava şəraitində maskadan istifadə etməsi və sürücülərin yollarda ehtiyatlı olması tövsiyə edilir”.