Bakıda və Abşeronda iki qadını maşın vurub

bakida-ve-abseronda-iki-qadini-masin-vurub
Oxunma sayı: 1004

Abşeronda və Bakının Nizami rayonunda iki qadının vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələri baş verib.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, Abşeron rayonunun Hökməli dairəsi kimi tanınan ərazisində yolu keçmək istəyən 1970-ci il təvəllüdlü Hidayətova Zemfira Əlisahib qızını minik avtomobili vurub.

Yaralı xəstəxanaya yerləşdirilib. Sürücü Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Digər hadisə isə Nizami rayonunun 8-ci kilometr qəsəbəsində qeydə alınıb.

1952-ci il təvəllüdlü Bəşirova Bənövşə Kərim qızı yolu piyadalar üçün nəzərdə tutulmayan hissədən keçərkən onu minik avtomobili vurub. Sürücü yaralını xəstəxanaya yerləşdirib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.