Bakıda velosiped yolu 256 km-ə qədər uzanacaq

bakida-velosiped-yolu-256-km-e-qeder-uzanacaq
Oxunma sayı: 2729

“Velosiped yolları BNA-nın gündəmindədir. Bununla bağlı layihə-smeta işləri həyata keçirilir. Hazırda 7,5 km bulvar ətrafında velosiped yolunun çəkilməsi nəzərdə tutulur”.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin idarə heyətinin sədri Vüsal Kərimli 2020-ci ilin yekunlarına dair mətbuat konfransında bildirib.

O qeyd edib ki, velosiped yolu 2027-ci ilə qədər 63 km, 2040-cı ilə qədər isə 256 km-ə qədər uzanacaq.

Bakı şəhərində bununla bağlı 5 pilot layihə icra olunacaq. Bunun üçün isə həm təhlükəsizlik, həm də sürət baxımından qanunvericilikdə dəyişikliklər olacaq”.

Gülnar Əliyeva