Daxili İşlər Nazirliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi birgə reyd keçirib.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, aprelin 3-də paytaxtın Xəzər rayonu Zirə qəsəbəsində yerləşən su kanalının ətrafında məişət tullantılarının qalaqlanması faktı aşkar olunub.
Xəzər rayon İcra Hakimiyyətinin Zirə qəsəbə nümayəndəsi F.Məlikov İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduğuna görə barəsində protokol tərtib edilib və 2000 manat məbləğində cərimələnib. Həmçinin həmin ərazinin təmizlənməsi tələb olunub.
Qısa müddətdə su kanalı və onun ətrafı təmizlənərək abadlaşdırılıb. Bu istiqamətdə tədbirlər davam etdirilir.



Son xəbərlər
Son Xəbərlər