Bakıda xadimə evdən 30 minlik oğurluq etdi

bakida-xadime-evden-30-minlik-ogurluq-etdi
Oxunma sayı: 2579

Nərimanov rayonunda oğurluq hadisəsi baş verib. 

“Qafqazinfo” xəbər verir ki, oğurluğun mart ayının 15-dən aprelin 15-dək olan müddətdə eyni evdə törədildiyi məlum olub. 

Əməliyyat tədbirləri nəticəsində evlərin birindən 30.000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən həmin evdə xadimə işləyən Bakı şəhər sakini C.Əliyeva saxlanılıb.