Bakıda xadimə işlədiyi evdən 15 minlik qızıl oğurlayıb

bakida-xadime-islediyi-evden-15-minlik-qizil-ogurlayib
Oxunma sayı: 1882

Bakıda evdən oğurluq olub.

DİN-dən “Qafqazinfo”ya verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi əməkdaşları əməliyyat keçiriblər.

Əməliyyat-axtarış tədbirləri nəticəsində 2020-ci il noyabrın 5-də rayon ərazisindəki evlərin birindən 14 800 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən həmin evdə xadimə işləyən Bakı şəhər sakini X.Həsənova saxlanılıb.