“Qafqazinfo” ANS TV-yə istinadən xəbər verir ki, qəza Heydər Əliyev prospekti, 402 ünvanında qeydə alınıb. Aeroport istiqamətində hərəkətdə olan 31 yaşlı Jalə Təhməzova idarə etdiyi ”Daewoo” markalı minik avtomobilini 37 yaşlı Elşad Şahverdiyevin idarə etdiyi “Daewoo” markalı sərnişin avtobusuna çırpılıb.
Hadisə zamanı xəsarət alan olmasa da minik avtomobili yararsız vəziyyətə düşüb. Qəza olan sahədə təmir aparıldığından avtobus sərnişinləri götürmək üçün yolun ikinci xəttində dayanıb. Bu zaman yüksək sürətlə hərəkət edən minik maşını avtobusa çırpılıb.
Hadisə vaxtı minik maşınında yalnız sürücü olub. Qəzanın səbəblərini müəyyən etmək üçün artıq Suraxanı rayon Dövlət Yol Polis İdarəsində araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər