Bakıda xaricilərin iştirakı ilə qəza, 11 nəfər yaralandı

bakida-xaricilerin-istiraki-ile-qeza-11-nefer-yaralandi
Oxunma sayı: 2603

Qala-Pirallahı yolunda (Zirə “Bolmarket”in yanı) yol-nəqliyyat hadisəsi baş verib. 

Səhiyyə Nazirliyindən “Qafqazinfo”ya daxil olan məlumata görə, hadisə yerinə gələn Təcili Tibbi yardım briqadası 11 nəfəri müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı xəstəxanaya çatdırıb. 

Xəstəxanadan verilən məlumata görə, müraciət edən 11 nəfərdən 9-u ilkin tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıb. İki nəfərin müalicəsi davam edir. 

Həkimlər xastəxanada qalan iki nəfərin vəziyyətini orta-ağır kimi qiymətləndirir. Onların həyatları üçün təhlükə yoxdur.

***

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, qəza xarici turistləri daşıyan “Mercedes Sprinter” avtobusunun iştirakı ilə baş verib.