Bakıda xəstənin qolunu bərpa etdilər - - Foto

bakida-xestenin-qolunu-berpa-etdiler-
Oxunma sayı: 1525


Komitədən “Qafqazinfo”ya verilən məlumata görə, hospitala müraciət edən 26 yaşlı pasient C.A.Muradovun əməliyyatı hospitalın mütəxəssisləri - tibb elmləri namizədi, travmatoloq-ortoped Ramin Rzayev, tibb elmləri namizədi, damar cərrahı Sabuhi Dadaşov, tibb elmləri namizədi, həkim-cərrah Namiq Bədirxanov tərəfindən həyata keçirilib. 

Sağ qolu travma nəticəsində amputasiya olan xəstə Mərkəzi Hospitalda əməliyyata alınıb, 10 saatlıq əməliyyatdan sonra replantasiya uğurla başa çatdırılıb.

Xəstənin travma nəticəsində qopan sağ qolunun uzun müddət qanla təchizatının olmamasına və bu cür hallarda əməliyyatın uğurlu keçməsi ehtimalının az olmasına baxmayaraq, həkimlərin səyi nəticəsində travma alan arterial və venoz damarlar, bazu sümüyü və əzələlər, eyni zamanda sinir damarları müvəffəqiyyətli şəkildə bərpa edilib.

Əməliyyatdan sonrakı dövrdə qolun qanla təchizatı tam bərpa edilib.

Xəstənin əmək qabiliyyətinin bərpası 8-12 ay ərzində nəzərdə tutulur.

Murad Əhməd

“Qafqazinfo”