Bakıda xəstəxanaya çatdırılan 1 yaşlı uşaq öldü

bakida-xestexanaya-catdirilan-1-yasli-usaq-oldu
Oxunma sayı: 3570

Bakıda özəl klinikada 1 yaşlı uşaq ölüb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Nizami rayonu E.Süleymanov küçəsində yaşayan 2022-ci il təvəllüdlü Z.Əmirbəyov ağır vəziyyətdə yaxınlıqdakı “Məlhəm” klinikasına çatdırılıb. Lakin az sonra, körpə vəfat edib.

İlkin məlumata görə, 1 yaşlı uşaq xəstəxanaya gətirilərkən aqonal (qıcolma) vəziyyətdə olub.

Hadisə ilə bağlı Nizami Rayon Prokurorluğunda araşdırma aparılır.