Bakıda xəstəxanaya düşən erməni- - "Heç bir iradımız yoxdur"

bakida-xestexanaya-dusen-ermeni-
Oxunma sayı: 2271


“Qafqazinfo”nun məlumatına görə, Ermənistan nümayəndə heyətinin mətbuat xidmətinin rəhbəri Karen Qiloyan ans-ə müsahibəsində bildirib ki, onların təhlükəsizliyi tam təmin olunur və ermənilərə qarşı heç bir ayrı-seçkilik aparılmır.

“Biz də digər idmançılar və onların nümayəndə heyəti kimi Atletlər kəndində qalırıq. Burada bizə nə pisdir, nə də yaxşı. Başqalarına qarşı necə davranırlarsa, bizə qarşı da elədirlər. Hər şey normaldır. Bizim heç bir iradımız yoxdur. Burada sakit yaşayırıq. Yalnız yarışlar haqqında fikirləşirik. Biz ilk gündən bura gələndə uşaqlarla danışdıq ki, nə bizə, nə də ki, sizə xoşagəlməz hadisələr lazım deyil. Ona görə biz hər bir hərəkətimizi birlikdə müzakirə edirik. Hara getmək istəyiriksə, onlar bizi sona qədər müşayət edirlər”, deyə Qilyona bildirib.

Qeyd edək ki, iyunun 22-də Bakıda keçirilmiş sambo yarışlarında 52 kq çəki dərəcəsində tatami üzərinə çıxan rusiyalı idmançı Anna Xaritonova Ermənistan təmsilçisi Sosa Balasanyanla qarşılaşıb. 4:0 hesabı ilə qalib gələn Rusiya təmsilçisinin fəndi zamanı ermənistanlı samboçu zədələnib və o, kəllə-beyin travması şübhəsi ilə xəstəxanaya aparılıb.