Bakıda xəstəxanaya gətirilən 5 yaşlı qız öldü

bakida-xestexanaya-getirilen-5-yasli-qiz-oldu
Oxunma sayı: 4609

Ötən gün yanıq xəsarətləri ilə Bakıdakı xəstəxanaların birinə gətirilən 5 yaşlı qız ölüb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 2017-ci il təvəllüdlü Zəhra Zülfüqarova termiki yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə baxmayaraq azyaşlının həyatını xilas etmək mümkün olmayıb.

İlkin araşdırma zamanı 5 yaşlı qızın dünən axşam saatlarında Mehdiabad qəsəbəsində yaşadığı evdə bədbəxt hadisə nəticəsində yanıq xəsarətləri alması müəyyən edilib.

Araşdırmalar davam etdirilir.

Nizam Rza

Həmçinin oxuyun: “Meyvəli” bazarının Dövlət Agentliyinə 250 min borcu yaranıb