Bakıda XİN rəhbərlərinin dördtərəfli görüşü olacaq

bakida-xin-rehberlerinin-dordterefli-gorusu-olacaq
Oxunma sayı: 753

Bu gün Bakıda Azərbaycan, Türkiyə, İran və Gürcüstanın XİN rəbhərləri Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu, Cavad Zərifi və Mixail Canelidzenin dördtərəfli görüşü olacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat yayıb.

Onun sözlərinə görə, dördtərəfli görüş zamanı sülhün, stabilliyin və regionda təhlükəsizliyin gücləndirilməsi, həmçinin iqtisadiyyat, nəqliyyat, energetika, turizm və mədəniyyət sahələri üzrə məsələlər müzakirə olunacaq.

Qeyd edək ki, 2017-ci ilin sentyabrında Azərbaycan, Türkiyə və Gürcüstan daha sonra dekabrın 20-də isə Azərbaycan, İran və Türkiyə XİN rəhbərləri arasında üçtərəfli görüşlər baş tutmuşdu.