Bakıda yağış yağır - Faktiki hava

Bakıda yağış yağır
Oxunma sayı: 1870

Milli Hidrometeorologiya Xidməti faktiki hava ilə əlaqədar açıqlama yayıb. 

“Qafqazinfo” xəbər verir ki, fevralın 23-ü saat 17:00-a olan məlumata əsasən, ölkənin şimal rayonlarına soyuq atmosfer cəbhəsinin daxil olması nəticəsində hava şəraiti dəyişib.

Nabran, Quba, Xaçmaz, Qusar, Xaltanda yağıntılı olub, qara keçib.

Bakıda hazırda yağış yağır. 

Qərb küləyinin sürəti Ağstafa, Naftalanda 20, Gəncə, Tovuzda 18, Yevlaxda 17, Bərdədə 16 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2.3 metrə çatıb.