Bakıda “yalançı” binalar- - Fotolar

bakida-yalanci-binalar-
Oxunma sayı: 2838


Məsələn, bir müddət əvvəl Sumqayıtda binanı alkaponla üzləyərkən divarların hətta pəncərə olmayan hissələrinə də pəncərə “qoymuşdular”.

“Qafqazinfo” virtualaz.org-a istinadən xəbər verir ki, buna oxşar daha bir hadisə baş verib. Bu dəfə Buzovna-Bilgəh yolunun hasarlanması zamanı...

Yol kənarlarını hasarlayan Xəzər Rayon İcra Hakimiyyəti hasar əvəzinə bir az artıq xərc çəkərək yol kənarında “bina” tikib.

Fotolardan da aydın olur ki, yol kənarı elə hasarlanıb ki, bu hasar ilk baxışda yeni tikilən binanı xatırladır. Yaxınlaşdıqda isə məlum olur ki, bu, yalnız bəzəkli hasardır. Özü də heç nəyə yaramayan bir hasar...