Bakıda yanacaq daşıyan maşın partlayışa səbəb oldu- - Fotolar+Yenilənib

bakida-yanacaq-dasiyan-masin-partlayisa-sebeb-oldu-
Oxunma sayı: 3851


Bakı dairəvi yolunda  benzin daşıyan maşın aşıb.“Qafqazinfo”ya hadisə şahidlərinin verdiyi məlumata görə, hazırda əraziyə Dövlət Yol Polisi və Fövqəladə Hallar Nazirliyinin maşınları cəlb olunub.  

Qəza nəticəsində partlayış olub və elektrik naqilləri sıradan çıxıb.

Hadisə baş verən əraziyə gedən yollarda tıxac yaranıb. 

***

APA-nın məlumatına görə, yanacaq daşıyan avtomobil sürücünün idarəetməsindən çıxaraq dəmir arakəsməyə çırpılaraq aşıb.

Toqquşmadan sonra benzindaşıyan yük maşınında olan benzin 200 m əraziyə dağılıb.