Bakıda yanğın - 1 nəfər öldü

bakida-yangin
Oxunma sayı: 820

Bakıda yanğın olub.

"Qafqazinfo" FHN-ə istinadən xəbər verir ki,  Yasamal rayonunda ikimərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 55 m2 olan 4 otaqdan ibarət dərzi sexinin 3 otağının yanar konstruksiyaları 45 m2 sahədə yanıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb. Yanğının kəşfiyyatı zamanı 1951-ci il təvəllüdlü Yusubov Mustafa Leysan oğlunun cəsədi aşkar olub.

Sexin qalan hissəsi və ev yanğından mühafizə olunub.