Bakıda yanğın - Külək alovu söndürməyə imkan vermir+ Fotolar

bakida-yangin
Oxunma sayı: 685

Bakı, Köhnə Günəşli qəsəbəsi, G.Mehmandarov küçəsində yanğın faktı qeydə alınıb. 
 

“Qafqazinfo”nun Trend-ə istinadən məlumatına görə, yanğın həmin ərazində yerləşən karxananın yaxınlığında başlayıb.

Hazırda FHN-in üç yanğınsöndürən maşını və canlı qüvvə hadisə yerinə cəlb olunub. Yanğının ətrafa yayılmasının qarşısının alınması üçün atılan addımlara baxmayraq, güclü külək ərazidə kol-kosun yanması ilə yanğını genişləndirir.

Yanğına yaxın ərazidən avtomobillər çıxarilib. Yanğının baş vermə səbəbi məlum deyil.