Bakıda ikimərtəbəli yaşayış binasında yanğın hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyindən "Qafqazinfo"ya verilən məlumata görə, hadisə Nizami rayonu, Ə.Əzimzadə küçəsində baş verib. Hadisə yerinə Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. İkinci mərtəbədə yerləşən mənzilə qatı tüstü dolması səbəbindən 3 nəfərin mənzili tərk edə bilməməsi və həyati təhlükə ilə üz-üzə qalması müəyyən edilib.
Yanğınsöndürənlər dərhal mənzilin pəncərəsinin dəmir barmaqlıqlarını kəsərək mənzilə daxil olub və biri azyaşlı olmaqla 3 nəfər vətəndaşı xilas ediblər. Eyni zamanda, yanğın genişlənməsinə, eləcə də qonşu mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Bundan əlavə, təhlükəsizlik tədbirləri çərçivəsində 2 nəfər bina sakini təxliyə edilib.
Yanğın nəticəsində ikimərtəbəli taxta konstruksiyadan ibarət yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 120m² olan dördotaqlı mənzilin mətbəxinin və bir otağının yanar konstruksiyaları 15m² sahədə, sanitar qovşağının lambir materialdan ibarət tavanı 4m² sahədə yanıb. Yüksək temperaturdan dəhlizin və otaqların divarları deformasiya edib.
Mənzilin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə edilib.
Son xəbərlər
Son Xəbərlər