Bakıda yanğın oldu - 1 nəfər tüstüdən zəhərlənib öldü

bakida-yangin-oldu
Oxunma sayı: 2036

Xəzər rayonunun Türkan qəsəbəsində yaşayan Süleyman Abbasquliyevin evində yanğın baş verib.

DİN-dən "Qafqazinfo"ya verilən məlumata görə, yanğın iyulun 6-da saat 11 radələrində qeydə alınıb.

Nəticədə 12 kv.m sahədə konstruksiyalar və oradakı əşyalar yanıb, S.Abbasquliyev tüstüdən zəhərlənərək ölüb.