Bakıda yanğın zamanı 1 nəfər zəhərlənib

bakida-yangin-zamani-1-nefer-zeherlenib
Oxunma sayı: 1643

Bakının Nizami rayonunda beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 30 m² olan mənzildə yanğın baş verib.

"Qafqazinfo"nun Fövqəladə Hallar Nazirliyinə istinadən məlumatına görə, mətbəxində paltaryuyan maşın, qaz sobası və mebel 1 p.m yanıb. Yüksək temperaturdan hamam otağının lambirindən ibarət tavanı 3 m² sahədə qarsalanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfər halsız vəziyyətdə yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Mənzil yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.