Bakıda yanğında 1 yaşlı uşaq öldü

Bakıda yanğında 1 yaşlı uşaq öldü
Oxunma sayı: 782

Bu gün Bakının Sabunçu rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəli ev yanıb.

"Qafqazinfo" FHN-nin saytına istinadən xəbər verir ki, yanğın zamanı 2018-ci il təvəllüdlü Ağamirzəyeva Zibeydə Elxan qızı ölüb.

Daha bir nəfər isə xəsarət alıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi