Bakıda yaşayış binasında yanğın - Foto

bakida-yasayis-binasinda-yangin-
Oxunma sayı: 2318

Bir neçə saat öncə Bakıda yaşayış binalarının birində yanğın baş verib.

Hadisə şahidlərinin “Qafqazinfo”ya verdiyi xəbərə görə, yanğın Nizami rayonunda, “Laçın” ticarət mərkəzinin arxasındakı binalardan birində baş verib.

Mənzillərin birində başlayan yanğından sonra bina sakinləri təxliyyə edilib. Hadisə yerinə yanğınsöndürən maşınlar və təcili tibbi yardım avtomobilləri cəlb edilib.

Yanğın söndürülüb, hadisə nəticəsində xəsarət alan olmayıb.

Murad Əhməd