Bakıda yaşayış binasında yanğın - 20 nəfər təxliyə edildi

bakida-yasayis-binasinda-yangin
Oxunma sayı: 1599

Paytaxtın Nəsimi rayonunda yanğın olub.

“Qafqazinfo” FHN-ə istinadən xəbər verir ki, beşmərtəbəli yaşayış binasının zirzəmisində 5 m2 sahədə məişət tullantıları yanıb.

Yanğın zamanı 20 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə olunub.

Mənzillər yanğından mühafizə olunub.