Bakıda yaşayış binasında yanğın

bakida-yasayis-binasinda-yangin
Oxunma sayı: 2076

Bakıda yanğın qeydə alınıb.

FHN-dən “Qafqazinfo”ya verilən məlumaat görə, şəhərin Xətai rayonunda, Xudu Məmmədov küçəsində çoxmərtəbəli yaşayış binasının 15-ci mərtəbəsində ümumi sahəsi 120 m² olan 3 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 15 m² sahədə yanıb. Yüksək temperaturdan eyvanın lambirindən ibarət tavanı 10 m² sahədə və pəncərəsi əriyib.

Mənzilin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.