Bakıda yaşayış binasında yanğın - Sakinlər təxliyə edildi

bakida-yasayis-binasinda-yangin
Oxunma sayı: 1711

Bakıda yanğın qeydə alınıb.

FHN-dən "Qafqazinfo"ya verilən məlumata görə, şəhərin Nizami rayonunda beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində ümumi sahəsi 50 m² olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 15 m² sahədə yanıb, yüksək temperaturdan dəhlizinin lambirindən ibarət tavanı 3 m² sahədə əriyib.

Yanğın zamanı 5 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.