Bakının Yasamal rayonunda yanğın baş verib.
"Qafqazinfo" FHN-ə istinadən xəbər verir ki, Dadaş Bünyadzadə küçəsində çoxmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində təmirdə olan mənzilin eyvanında su qızdırıcısı və yataq dəsti 6 m² sahədə yanıb.
Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb. Mənzilin qalan hissəsi və bina yanğından mühafizə olunub.
Son xəbərlər
Son Xəbərlər