Paytaxtın Qaradağ rayonunda beşmərtəbəli yaşayış binasının zirzəmisində yanğın baş verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, zirzəmiyə yığılan yeddi ədəd xalça və istifadəyə yararsız ev əşyaları 25 kvadrat metr sahədə yanıb.
Qatı tüstülənmədən binanın yuxarı mərtəbələrindən 25 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyyə olunub.
Mənzillər yanğından mühafizə edilib. Yanğın söndürülüb.
Son xəbərlər
Son Xəbərlər