Bakıda yaşayış binasında yanğın - Video+Yenilənib

bakida-yasayis-binasinda-yangin
Oxunma sayı: 5819

Bakı şəhəri, Xətai rayonu, İ.Orucov küçəsində ikimərtəbəli binanın ikinci mərtəbəsindəki mənzildə yanğın olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

***

Bakı şəhəri, Xətai rayonu, İ.Orucov küçəsində ikimərtəbəli binada baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.